Azərbaycanlı ifaçı Türkiyədə narkotikə görə saxlanıldı

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Asya Əlizadə (Alizadeh) polis tərəfindən saxlanılıb. SİA xəbər verir ki, buna səbəb onun kliplərində narkotik istifadə təbliğatı aparması olub. Polis şöbəsində ifadə verəndən sonra sərbəst buraxılan Alizadehin Azərbaycana göndərildiyi iddia edilib.

Lakin daha sonra məlum olub ki, sözügedən şayiələr əsassızdır.

Bütün xəbərlər Facebook səhifəmizdə