Ermənistan baş nazirinin müavini Arazdəyən-Horadiz dəmir yolu xəttidən danışdı

"Azərbaycanla dəmir yolu əlaqəsindən istifadəyə dair ümumi yanaşmalarımız var". Bunu Ermənistan-Rusiya-Azərbaycan regional nəqliyyat kommunikasiyalarının açılması üzrə işçi qrupunda Ermənistanı təmsil edən respublika baş nazirinin müavini Mqer Qriqoryan parlamentinn iclasında təşkil olunmuş hökumət saatında keçirilən iclasında deyib.

Onun sözlərinə görə, dəmir yolu ilə bağlı müəyyən ümumi yanaşmalar var: “Bizim danışıqlarımız və müzakirələrimiz Arazdəyəndən (ermənilər Yeraşx adlandırır) Horadizə gedən dəmir yolu xəttinə aiddir. Bu xətt Arazdəyəndən İranla əlaqə qurmağa imkan verməsi baxımından əhəmiyyətlidir. Bundan əlavə, bu, bizə Gürcüstan dəmir yolu ilə əlaqə yaratmağa imkan verir”.

Onun fikrincə, bu, regional əhəmiyyətli infrastruktur həllini tapmağa imkan verəcək. Baş nazirin müavini onu da qeyd edib ki, kommunikasiyalar bərpa olunandan sonra yollar keçdiyi ölkənin hüquqi ixtiyarında olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə