Ermənistan XİN-də də vəziyyət nəzarətdən çıxdı İstefalar...Təyinatlar...

Ermənistan XİN-də vəziyyət gərgin olaraq qalmaqda davam edir. SİA xəbər verir ki, bu barədə ermənilərə məxsus ArmVoice teleqram kanalı yazır. Məlumata görə, KİV-lərdə də verilən informasiyadan bəlli olduğu kimi, XİN Ermənistanın baş qərargahını dəstəkləməklə bağlı bəyanat səsləndirməyə hazırdır. Məhz həmin informasiyalardan sonra baş nazir Nikol Paşinyan sərt şəkildə nazir Ara Ayvazyandan həmin informasiyanın həqiqəti əks etdirməməsi barədə rəsmi bəyanat verməsini tələb edib. O, eyni zamanda sözügedən qərara dəstək göstərən səfirlərin də adlarının açıqlanmasını XİN rəhbərindən istəyib.

Lakin Ara Ayvazyan Nikol Paşinyanın tələbinə riayət etməyib və əksinə, təsdiq edib ki, XİN-nin 80% əməkdaşları baş qərargahı dəstəkləyir. Yalnız yerdə qalan 20 %-i dəstək göstərməkdən imtina edərək Paşinyan iqtidarını, həmçinin müdafiə nazirinin müavini Armen Gevondyanı (onun Paşinyan tərəfindən yeni xarici işlər naziri təyin olunması gözlənilir-R.R.) dəstəklədiklərini bildiriblər. Gevondyan həm də nazir müavinləri arasında yeganə şəxsdir ki, qiyamçılara deyil, mövcud iqtidara tərəf çıxış edir.

“Çox yəqin ki, Paşinyan məhz Gevondyanı XİN-nin rəhbəri təyin etmək istəyir”, yazan teleqram kanalı bildirir ki, ötən gün onunla Paşinyanın arvadı Anna Akopyan görüş keçirib və Gevondyan xarici diplomatik idarəyə rəhbərlik etməyə razılıq verib. Lakin onu, eyni zamanda, Moskvanın reaksiyası narahat edir. Belə ki, Gevondyan Moskva üçün arzuolunmaz şəxslər kateroqiyasına daxil eidlib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə