Ermənistanın buyruq qulu - Leyla Yunus

Təəccüb doğurur? Bəlkə səhv deyirəm. Xeyr! Faktlara əsaslanıb bu fikri söyləyirəm. Özlərini "hüquq müdafiəçisi" adlandıraraq, yalandan Azərbaycanda insan hüquq və azadlıqlarının pozulduğunu dünyaya car çəkərək xidmət etdikləri antiazərbaycançı dairələr qarşısında dividend qazanmaq istəyən Leyla Yunus kimilər hər zaman öz xalqına nifrət edərək, Azərbaycan dilini yalnız söyüş söymək üçün bir vasitə hesab edirlər. Özü də dəfələrlə etiraf edib ki, Azərbaycan dilində ancaq söyməyi bacarır. Adını "hüquq müdafiəçisi" qoyan bu canlı həşarət zaman-zaman dələduzluq və cinayət əməlləri (vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, saxta vəsiqələrin hazılanması, yaxud bu cür sənədi satma, saxta dövlət təltifinin, möhürün, blankın hazırlaması, satılması və s.) törətməkdən də çəkinməyib. Bunları 2015-ci ilin avqustunda Leyla Yunusun və onun həyat yoldaşı Arif Yunusun məhkəməsi də sübuta yetirdi. Heç bir şübhə yoxdur ki, Leyla Yunusları hər zaman öz şəxsi, cılız, dar və korporativ mənfəətləri düşündürüb. Onlar bu hərisliklərinə görə, Azərbaycanın milli maraqlarını qurban veriblər. Fəaliyyətinin bütün dövrlərində antimilli, anti-Azərbaycan mövqeyi ilə tanınan L.Yunusu dəstəkləyənlərə sual olunur: siz kimi müdafiə edirsiniz?

Müdafiə Nazirliyinin cəbhəyə göndəriləcək qida məhsullarını bazara çıxararaq satan və bundan əldə etdiyi vəsaiti Almaniyadakı bank hesabına köçürən Leyla Yunusmu? Yoxsa onun erməni dostu Yunus Davidin vasitəsilə 2004-cü ildə Ermənistanın Tədqiqatçı Jurnalistlər Təşkilatından 50.000 (əlli min) avro məbləğində iki dəfə aldığı qrantda sizin də payınız olub? Hələ "xidmətləri"nin müqabilində aldığı külli miqdarda vəsait hesabına Türkiyədə, Çexiyada mülklər, obyektlər aldığını və yüksək qrantları mənimsədiyini demirik.

Vaxtilə Rəhim Qazıyevin dostu kimi "toxunulmazlıq immuniteti" qazanan şeytan xislətli bu qadın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri işlədiyi müddətdə silahlı qüvvələrin əməliyyat planlarını, cəbhə bölgəsində lentə alınmış foto və video materialları erməni tərəfinə ötürməsi və bunun müqabilində külli miqdarda pul əldə etməsi də heç kəsə sirr deyil.

Buradan aydın olur ki, hüquq müdafiəçisi adı ilə maskalanmış Leyla Yunus antimilli, anti-Azərbaycan təbliğatları, erməni lobbisinin sifarişlərini yerinə yetirməklə respublikamızda təxribat törətmək, qarşıdurma yaratmaq, dələduzluq və Vətənə xəyanətlə məşğuldur.

Siyasi məhbus, yoxsa məhbuslarla siyasət?

Bəli, illər davam etsə də, bu şeytan xislətli Leyla Yunus niyyətindən əl çəkməyərək, "siyasi məhbus" "layihəsi" ilə siyasətdə növbəti "irəliləyiş" etmək istədi. Və "siyasi məhbus" siyahısını hazırlamaqla, özünü az qala Oskar Şindler sayaraq terrorçuluq, qətldə suçlanaraq həbs edilənləri "siyasi məhbus" adı ilə Avropanın müvafiq qurumlarına da saydırmağa çalışaraq, Azərbaycan dövlətinə və millətinə xəyanətdə günahlandırılmış adamları daxil etməklə, "siyasi biznes"ini yaratmağa çalışdı və bununla da, növbəti maraq alverini həyata keçirməyə başladı. Və erməni lobbisinin dəmtutanı Leyla Yunus Ermənistanın uğurlarına sevindiyini zənn etdi.

Xainlərə güzəşt olmamalıdır

Bəlkə də, belə sərt deyilən söz kimlərdəsə qıcıq yarada bilər. Amma belələrinin çörəyi dizinin üstündədir. Çünki satılmışlar üçün pul hər şey deməkdir. Xüsusilə də, ermənilərin Tovuz təxribatlarından sonra içimizdəki xəyanətkarlar zümrəsi, o cümlədən Leyla və Arif Yunuslar yenidən fəallaşmağa, baş qaldırmağa başlayıblar. Çünki belələri üçün müqəddəs heç nə yoxdur, bircə erməni çörəyi onların imtinaedilməz tikələrinə çevrilib. Çünki bu o Yunuslardır ki, qanlarında erməni genlərinin mövcudluğu sübuta yetirilib. Bu həmin Yunuslardır ki, bəlli cinayət əməllərinə görə həbs olunarkən onların Hollandiyada yaşayan ermənipərəst qızları Dinara Yunus “Odnoklassniki” sosial şəbəkəsində Dağlıq Qarabağ cəbhəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid düşən əsgərlərimizin ruhlarını təhqir edərək, “Azərbaycan əsgərləri cəbhədə ölsünlər, qırılsınlar” şərhini yazmışdı. Bu o Yunuslardır ki, “Sülh və Demokratiya İnstitutu”nun (SDİ) rəhbəri kimi “xalq diplomatiyası” pərdəsi altında ermənilərin sifarişlərini canla-başla icra edənlər bu satqınlar ailəsinin üzvləridirlər.

Bir də satqın və Vətən xainindən nə gözləmək olar? L.Yunus kimilər dövlət tərəfindən əfv olunsalar da, yenə də öz əxlaqsızlıqlarını nümayiş etdirirlər. Çünki L.Yunusun mahiyyəti və xisləti budur. Bu adamın genetik erməni bağlılığı var və demək olar ki, həmin genetika əsl gerçəyi ədaləti, azərbaycanlı-erməni qarşıdurması fonunda faktiki reallığı inkar etmək gücündədir. Çünki hara, necə, nə cür və hansı üsulla manipulyasiyalar etmələrinə rəğmən, qaçınılmaz sübutdur ki, Leyla Yunus bütün fəaliyyəti dövründə Azərbaycan xalqına düşmən münasibəti göstərib, beynəlxalq ictimaiyyətdə ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışıb.

Hətta bu satqınlara olayları izləyərkən, nəticəyə gələrək belə bir rəy formalaşdırmaq olar ki, bu gün Leyla Yunusu müdafiə edən erməni mətbuatı ölkəmizdə dərc edilən radikal müxalifət mətbuatı ilə informasiya mübadilələri aparır. Yəni yayılan xəbərlərin mahiyyəti eynilik təşkil edir. O da təsadüfi deyil ki, Leyla Yunus çox primitiv, hətta plagiat şəkildə sovet hakimiyyəti dövründə tanınmış dissidentlərin (Deyək ki, Soljenitsının - R.H.) dəst xəttini təkrarlamağa, özünü onlarla bir cərgəyə qoymağa çalışır. Amma bu da nəticəsiz qalır. Və haqq qazandıranların isə azərbaycançılıq faktoruna nə qədər ziyan vuranlar olduğunu demək, düşünmək kifayətdir. Çünki Azərbaycan ictimaiyyəti Leyla və Arif Yunusları şiddətlə qınayır və onların yenidən həbsini anti-milli və cinayətkar, satqınçılıq fəaliyyətin məntiqi nəticəsi hesab edir. Və Leyla Yunus isə "Bizim adımızı tarixdən silmək mümkün olmayacaq" tipli bəyanatlar verməklə əri də daxil olmaqla adları Azərbaycanın şanlı tarixində Vətənə xəyanətin simvolu kimi qalacaq. Ona görə ki, bu "tarix" yalnız şərdən, böhtandan, xəyanətdən və cəmiyyətə vurulmuş qara ləkədən ibarətdir.

Belələri bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxıb, özgənin (həm də düşmənin) yalı ilə bəslənənləri tarix heç vaxt bağışlamır.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə