Meksika Azərbaycanla əlaqələrin möhkəmləndirilməsinə sadiqdir - SƏFİRLİK

Meksika Azərbaycanla ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə sadiqdir. SİA xəbər verir ki, bu barədə Meksika səfirliyinin Azərbaycanın Müstəqillik Günü münasibətilə "X" sosial şəbəkəsində yerləşdirilmiş təbrikində deyilir.

“Biz Azərbaycan xalqını və hökumətini Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir və ikitərəfli münasibətlərin möhkəmlənməsinə sadiq olduğumuzu bir daha təsdiqləyirik”, - paylaşımda qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə