Səhhətinizin qeydinə qalın - ASTROLOJİ PROQNOZ

Qoç - Yaxınlarınıza və qohumlarınıza yetərincə diqqət ayırın. Səbrsiz olmayın, emosiyaların təsiri altında hərəkət etməyin. Yaşam arealınızı qaydaya salın. Hissləri nizamlayın. Ailə üzvlərinin qayğısına qalın.

Buğa - Fiziki iş üçün əlverişli zamandır. Rəqiblərlə mübarizədə geri çəkilməyin. Günün ilk yarısında yaşananlara həddən ziyadə emosional reaksiya verməyin. Yaxın ətrafınızdakı insanlara heç nə vəd etməyin.

Əkizlər - Günün ilk yarısında fikir ayrılığı və mübahisələr istisna deyil. Tərəf və əks-tərəfləri müəyyənləşdirin. Ailəli mənsublara ulduzlar məsləhət görür ki, övladlarına nüfuzları ilə təzyiq etməsinlər.

Xərçəng - Mübahisələri genişləndirməyin. Ünsiyyət üçün etibar etdiyiniz, bələd olduğunuz insanların çevrəsini seçin. Səhhətinizin qeydinə qalın. Axşam saatlarında təmiz havada mümkün qədər çox vaxt keçirin.

Şir - Ailə və ev problemləri yaranacaq. Düşünülmüş addım atmalısınız. Səhhətinizə fikir verin. Qəfil yorğunluq və zəiflik hiss etsəniz, dincəlin.

Qız - İşdə artıq sözlər deməyin. Mübahisələrə qatılmayın. Şəxsi münasibətlərdə və işdə qayda yaradın. Səhər saatlarından ziddiyyətli olaylara hazır olun. Tələsik qərar verməyin. Səfər, mədəni istirahət üçün əlverişli gündür.

Tərəzi - Alış-verişə can atmayın, çünki bədxərclik istisna deyil. Romantik macəra və ya sərgüzəşt axtarışında olmayın. Yerinə yetirməyəcəyiniz işi vəd etməyin. Nəticəsi olacaq işi seçin.

Əqrəb - Tənbəllik etməyin, səliqəli və dəqiq olun. Perspektivlər genişlənir. Mühüm məsələni rahat həll etmək olar. Anlaşma, sövdələşmə, müzakirə və alış-veriş üçün uğurlu gündür.

Oxatan - Günün ilk yarısında istədiyiniz maraqlı işlə məşğul olun. Öhdənizə götürdüyünüz işi başa vurun. Ailədə izafi gərginlik yaşanmasının qarşısını alın ki, bədxahlar sevinməsin.

Oğlaq - Maliyyə məsələlərinə daha çox diqqət ayırın. Alış-veriş üçün əlverişli vaxtdır. Əhvalınız gün ərzində dəfələrlə dəyişəcək. Heç nəyi mürəkkəbləşdirməyin. Izafi enerjidən qurtulmaq üçün çıxış yolu gərəkdir.

Dolça - Günün ilk yarısında səfərə və ya gəzintiyə yollanmayın. Ünsiyyət çevrənizi məhdudlaşdırın. Yaxınlarınızın istəklərini, tələblərini nəzərə alın. Çoxdan bəri diqqətinizi gözləyən insanla maraqlanın.

Balıqlar - Təşkilatçılıq məharətinizi nümayiş etdirin. Gün ərzində sizi maraqlı və faydalı insanlarla görüşlər gözləyir. Əlaqələri gücləndirin. Fiziki aktivlik gərginlikdən qurtulmağınıza kömək edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...