Koronavirusa qarşı faydalı meyvə tapıldı

Dünyada koronavirusa qarşı peyvənd və dərmanların hazırlanması üzrə işlər davam edərkən, yapon alimləri virusla mübarizədə ümidverici ola biləcək elmi araşdırmaya imza atıblar. Yaponiyanın Kaşihara şəhərindəki Nara Tibb Universitetinin bir araşdırma qrupu, hamsterlər üzərində aparılan təcrübələrin Covid-19-a yoluxma və ya ciddi simptomlar inkişaf etdirmə ehtimalını azaldır. SİA xarici mətbuata istinadən xəbər verir ki, araşdırmaya görə xurmadan əldə edilən tannin tərkibli birləşməni hamsterlərin ağız boşluğuna tətbiq edən tədqiqatçılar yüksək dərəcədə virus yükü aşkar ediblər və 3 gün ərzində maddəni qəbul etməyən hamsterlərin ağciyərlərində pnevmoniya əlamətləri aşkar olunub. Xurmadan əldə edilən tannin birləşməsi vurulan hamsterlərin ağciyərlərində aşağı virus sıxlığı müşahidə edilsə də, vərəm əlamətləri müşahidə olunmayıb. Bundan əlavə, xurmadan əldə edilən tannin verilmiş hamsterləri 30 dəqiqə ərzində Covid-19 virusu daşıyan hamsterlərlə eyni qəfəsə salan mütəxəssislər, bu maddəni qəbul edən hamsterlərin ağciyərlərində virus aşkar etməyiblər.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə