Dünyanın ilk qatar avtobusu Yaponiyada xidmətə başlayıb

Dünyanın ilk işlək ikili təyinatlı nəqliyyat vasitəsi “Dual-Mode Vehicle” gələn ay Yaponiyada istifadəyə veriləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Tokusima əyalətindəki "Asa Beach" dəmiryolu şirkətindən verilən açıqlamada, həm yolda, həm də qatar relslərində hərəkət edə bilən nəqliyyat vasitəsi istifadəyə veriləcək. Bu nəqliyyat vasitəsi nazirliyin təhlükəsizlik yoxlamalarından sonra dekabrın 25-də sərnişin daşımağa başlayacağı bildirilib.

Dizellə işləyən avtobus kimi istehsal edilən DMV, 15 saniyəyə açılan və qatar relslərinə inteqrasiya oluna bilən xüsusi təkər sisteminə malikdir. Ənənəvi qatarlara nisbətən baxımı daha asan olan DMV, daha yüngül çəkisi sayəsində yanacağa qənaəti də təmin edir. Əməliyyat şirkəti DMV-nin də turistik məkana çevriləcəyinə ümid edib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə