Alındakı dərin qırışları azaltmağın yolları açıqlanıb - VACİB MƏQAMLAR

​Alın xətləri, xüsusən də çoxlu mimika edən insanlarda 30 yaşından etibarən özünü göstərməyə başlayır. Mövcud xətləri tamamilə aradan qaldırmaq asan deyil, amma edə biləcəyiniz bir şey var. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, alın qırışları və incə xətlər yaşlanmanın normal və qaçılmaz bir hissəsidir və kollagen itkisindən qaynaqlanır.

Alın qırışları üçün müxtəlif qulluq üsulları və tibbi tətbiqlər haqqında danışmadan əvvəl bununla əlaqədar 3 əhəmiyyətli təsirdən danışaq.

Günəş, stress və siqaret

​Alın qırışlarına səbəb olan 3 əsas problem aradan qaldırılmadan əvvəl etdiyiniz qulluq yetərsiz ola bilər. Çölə çıxanda günəşdən gələn ultrabənövşəyi (UV) radiasiya dərinizə ziyan vurur, kollagen zədələnməsini sürətləndirir və yaşlanma əlamətlərini artırır. Alın bölgəsi günəşdən ən çox təsirlənən bölgələr arasındadır. Məqsədimiz bu sahədə yeni qırışların və mövcud olanların dərinləşməsinin qarşısını almaqdır. Dərinizi təmizləyin və hər gün günəşdən qoruyucu kremlərdən istifadə edin.

​Siqaretin tərkibindəki 4000-dən çox kimyəvi maddədən biri olan nikotin, dəri hüceyrələrinə oksigen və qida axını azaldır, bu da dərinin yaşlanmasını sürətləndirir və erkən qırışlara səbəb olur. Xroniki stress qırışlara səbəb ola bilər, çünki əsas stress hormonu kortizol kollagen istehsalının azalmasına səbəb olur.

Əlavə olaraq, qaşların çatması kimi streslə bağlı üz ifadələrini təkrarlamaq, qırışların dərinləşməsinin başqa bir əsas səbəbidir.

Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə