AVRO-1960-ın qalibləri arasında sağ qalan sonuncu futbolçu vəfat edib

SSRİ milli komandasının sabiq futbolçusu Viktor Ponedelnik vəfat edib. SİA xəbər verir ki, rusiyalı hücumçu 83 yaşında dünyasını dəyişib. 1960-cı ildə keçirilən ilk Avropa çempionatında qələbə qolunun müəllifi kimi tarixə düşən Ponedelnik 1964-cü ildə gümüş medalçı olub. O, daha çox Rostov klubları "Rostselmaş" və OİK-dəki çıxışları ilə tanınıb. Vaxtilə "Spartak" və MOİK-ə də keçən hücumçu Moskva təmsilçilərində debüt edə bilməyib. Qeyd edək ki, Ponedelnik AVRO-1960-nın qalibləri arasında sağ qalan sonuncu futbolçu idi.

Bütün xəbərlər Facebook səhifəmizdə