Pravoslav Kilsəsi insan bədəninə döymələri bəyənmir, lakin qadağan da etmir.
SİA xəbər verir ki, bu barədə ieromonk Sergey Sençukov (Feodorit) aif.ru ilə söhbətində məlumat verib.
Keşiş izah edib ki, Əhdi-Ətiq Levililər kitabında belə bir göstəriş var: “Ətinizi kəsməyin və özünüzə döymə vurmayın”.
Bununla belə, Əhdi-Cədiddə döymələrə birbaşa qadağa yoxdur.
...Ata Feodorit həvari Pavelin sözlərindən sitat gətirib: “Mənə hər şey icazəlidir, lakin hər şey faydalı deyil”.
...Kilsə insan bədəninin Allah tərəfindən yaradıldığına və dəyişiklik tələb etmədiyinə inanaraq döymələri bəyənmir. Bununla belə, keşiş qeyd edib ki, müsəlmanlar arasında yaşayan bəzi pravoslav xristianlar iman simvolu olaraq əllərində xaç döymələri edirlər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə