Avropada Dəmir dövrünə qədər tünd dərili qaraşınlar yaşayıb..?

...Ferrara Universitetinin italyan mütəxəssislərinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu gözlənilməz kəşf edərək avropalıların əcdadlarının dərisinin, göz və saçlarının tünd rəngə malik olduğunu müəyyən ediblər.

Yüngül piqmentasiya yalnız Dəmir dövründə, təxminən 3000 il əvvəl üstünlük təşkil etməyə başlayıb.

SİA-nın məlumatına görə, tədqiqat bioRxiv elmi nəşrində dərc olunub.

Komanda Qərbi Avropa və Asiyanın 34 ölkəsindən 348 qədim DNT nümunəsini təhlil edib.

Piqmentasiyanı qiymətləndirmək üçün genetik məlumatlar əsasında dəri, saç və göz rəngini proqnozlaşdıran HIrisPlex-S sistemindən istifadə edilib.

İnsanlar Avropa bölgəsinə təqribən 50,000-60,000 il əvvəl gəliblər və sonrakı minilliklər üçün zahiri görünüşləri Afrika əcdadlarından demək olar ki, fərqlənmirmiş.

İşıq əlamətlərinə cavabdeh olan genlər təxminən 14 min il əvvəl ortaya çıxmağa başlayıb, lakin uzun müddət nadir olaraq qalıb.

Avropalılar təkamül səbəblərindən daha yüngül olublar - solğun dəri Avropanın günəş işığının az olduğu şəraitdə üstünlük təmin edərək, sağlam sümüklər və əzələlər üçün vacib olan D vitamininin sintezini asanlaşdırıb.

Eyni zamanda, mavi və ya yaşıl gözlərin ortaya çıxmasının, ehtimal ki, təkamül baxımından heç bir üstünlüyü yox idi və təsadüf və ya cinsi seçim nəticəsində ola bilərdi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə