...Əgər insan tərkibində A vitamini olan müxtəlif qidalar yeyirsə, o zaman onun korluq riski yoxdur.
SİA-nın məlumatına görə, bu barədə dietoloq Tatyana Solntseva bildirib.
...Bu yaxınlarda mətbuatda Böyük Britaniyadan olan bir oğlanın yalnız külçə (quş ətindən hazırlanmış yemək –A.B.) və sosis yediyi üçün kor olması ilə bağlı məlumatlar yayılmışdı. Təəccüblüdür ki, eyni şey daha iki ölkədən-Malayziya və ABŞ-dan gəlib. Bu təsadüfdürmü?
Fakt budur ki, belə bir pəhrizdə həyat üçün vacib olan vitamin və minerallar, o cümlədən görmə, hüceyrə bütövlüyü, immunitet funksiyası eləcə də böyümə üçün cavabdeh olan A vitamini yoxdur.
Ancaq mütəxəssisin fikrincə, zərərli məhsullara görə belə görmə itkisi olduqca nadirdir.
...Özünüzü elə bir A vitamini çatışmazlığına çatdırmaq üçün çox çalışmalısınız ki, bu, görmə qabiliyyətinin pozulmasına səbəb ola bilər.
Bundan əlavə, tədqiqat məlumatlarına görə, A vitamininin aşağı səviyyəsi dünya əhalisi arasında olduqca nadirdir. Ancaq ağır xəstəlikləri olan xəstələr arasında bu vəziyyət daha tez-tez baş verir.
...Xüsusilə, Böyük Britaniyadan olan kor bir oğlan autizmdən əziyyət çəkirmiş, onun psixi pozğunluqları da olub, buna görə də fast fooddan başqa heç bir şey yeməkdən qəti şəkildə imtina edib.
Bunu həkim izah edib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə