Bakıda yaşlı kişini avtomobil vurub

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

SİA xəbər verir ki, qəza Zabrat qəsəbəsində qeydə alınıb.

Paytaxt sakini, 1956-ci il təvəllüdlü Əsgərov İsrail Vəli oğlu yolun digər tərəfinə keçmək istəyərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə