Qəzaların artmasının səbəbləri bəlli oldu VAQİF ƏSƏDOV AÇIQLADI

“Bakı şəhərində yol nəqliyyat hadisələri üzrə bütün göstəricilər aşağı düşüb”. Bu sözləri SİA-ya açıqlamasında Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, görülmüş tədbirlərə baxmayaraq, piyadaların vurulması çox ciddi narahatçılıq doğurur: "Yəni ümumi hadisələrin ötən illərlə müqayisədə azalsa da, təxminən 37-38%-ni təşkil edir. Hesab edirik ki, bu sahədə təkcə dövlət yol polislərindən asılı olanlar deyil, elə hərəkət iştirakçılarından da asılıdır. Yəni yol hərəkət qaydalarının, yol hərəkət təhlükəsizliyinin təbliğatının vaxtında, məqsədli, düzgün aparılması hadisələrin sayının aşağı düşməsinə səbəb olur. Təbii ki, bu təbliğat işinin aparılması bizə yaxından kömək eləyib".

Həmçinin o qeyd edib ki, bu gün piyada vurma digər hadisələrə nisbətən daha çoxluq təşkil edir: "Ancaq mövcud vəziyyət, mövcud şərait deməyə əsas verir ki, yol hərəkətində mədəniyyət səviyyəsinin formalaşması və yaxud küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması istiqamətində istəsək hadisələri aşağı sala bilərik. Çünki vaxtilə doqquz yeraltı keçid olduğu halda bu gün yeraltı və yerüstü keçidlərinin sayı 80-dən artıqdır. Bununla bərabər son 15-20 il ərzində ölkəmizdə, o cümlədən paytaxt Bakı şəhərində bütün sahələr üzrə iqtisadi inkişaf prosesləri davam edir".

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...