Ağır qəza: ölən və yaralı var

Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində “BMW” və “Oka” markalı avtomobillər toqquşub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 28-də saat 1 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində qəsəbə sakini F.Ağamalıyevin idarə etdiyi “BMW” markalı və Pirallahı qəsəbə sakini Yaşar Nəsibovun idarə etdiyi “Oka” markalı avtomobillər toqquşub. Nəticədə Y.Nəsibov aldığı xəsarətlərdən hadisə yerində ölmüş, F.Ağamalıyev xastəxanaya yerləşdirilib.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...