Gələn ilin birinci rübünə kimi Bakı şəhəri və ətraf rayonların smart-kart tipli sayğaclarla təchizatı başa çatdırılacaq
Bu günə kimi ölkə üzrə 60 minə yaxın smart-kart tipli sayğaclar quraşdırılıb. Bu barədə SİA-ya açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı məlumat verib. O bildirib ki, son vaxtlar daha çox Bakı şəhəri və ətraf rayonların kənd və qəsəbələrində bu işi həyata keçiririk: "Çünki daha çox abonent Bakı şəhəri və ətraf rayonlarda yaşayır. Qaz təminatı da bu ərazidə çox normaldır. Bu proses davam edir və yaxın gələcəkdə başa çatdırılması nəzərdə tutulur. Gələn ilin birinci rübünə kimi Bakı şəhəri və ətraf rayonların smart-kartla təchizatı başa çatdırılacaq. Ümumilikdə respublika üzrə isə bunun nə zaman başa çatdırılması ilə bağlı dəqiq bir söz deyə bilmərəm".
Yaxın gələcəkdə qazın qiymətinin artması ilə bağlı məsələyə münasibət bildirən deyib ki, bununla bağlı Tarif Şurasına heç bir müraciət daxil olmayıb və gələcəkdə qiymət artımı nəzərdə tutulmayıb.
Yaxın gələcəkdə qazın qiymətinin artması ilə bağlı məsələyə münasibət bildirən deyib ki, bununla bağlı Tarif Şurasına heç bir müraciət daxil olmayıb və gələcəkdə qiymət artımı nəzərdə tutulmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə