Azərbaycanda ilk dəfə “Qara qu quşu” filmi nümayiş olunub

Paytaxtın "Park Cinema" kinoteatrında Kütləvi İnformasiya Vasitələri (KİV) üçün "Oskar" mükafatı nominantı olan, psixoloji triller "Qara qu quşu" ("Черный лебедь") filminin premyerası keçirilib. SİA-nın məlumatına görə, filmin rejissoru istedadlı və cəsarətli Darren Aronofskidir. Baş rolun ifaçısı isə Natali Portmandır.

Xüsusi ilə jurnalistlər üçün təşkil olunan premyeranın məqsədi Azərbaycanda film mədəniyyətini inkişaf etdirməkdir.

Mərasimdə çıxış edən "Park Cinema"nın baş direktoru Namiq Quliyevin sözlərinə görə, filmi ilk olaraq media nümayəndələrinə nümayiş etdirmək böyük şərəfdir və bundan sonra onlar jurnalistlərlə daha sıx əlaqədə çalışacaqlar.
Filmdə hadisələr "Nyu York Citi Baletində cərayan edir. Baş rolun ifaçısı olan Natali burada tanınmış balerina Nina obrazını canlandırır. Balet truppası içərisində yeni rəqibi tərəfindən qurulmuş intriqa toruna düşdüyü "Qara qu quşu" filmində kifayət qədər erotik və kriminal səhnələr nümayiş olundu. Oskar naminantı olan aktrisa Natali Portman cavan və təkəbbürlü, ikili partiya oynamaq istəyən rəqqasə obrazını canlandırır. Dünyaca məşhur klassik "Qu gölü" baletində məsum, günahsız Odilliya və məkrli cazibədar Odetta. Nina bu rolu əldə etsə də, o, qu quşu Kraliçasının mübhəm, qaranlıq dünyasını inandırıcı şəkildə aça biləcəyindən əmin deyil. O, texniki sənətkarlıq baxımından uca zirvələri fəth edir, lakin qəlbində gizlənmiş fantaziyaları, qısqanclığı və dəhşətləri onun qaranlıq uçuruma sürükləyir, əsas rəqibi hiyləgər Lili ilə qorxulu yaxınlaşmaya gətirir. Nina ölümcül dərəcədə təhlükəli olan Qara qu quşunun toruna tez düşür. Filmin sonu ölümlə bitir. Sənətinin ən uca nöqtəsini fəth edən baş rolun ifaçısı Nina elə səhnədəcə dünyasını dəyişir. Əsrin ən mükəmməl baletini ifa etdikdən dərhal sonra.

Hadisələrin kriminal aləmdə və kabuslarla dolu evlərdə cərəyan etdiyi standart trillerlərdən fərqli olaraq, Aranofski gözlənilməz reallıqda-emosional və rəhmsiz peşəkar balet dünyasında öz qəlbindən baş açmağa cəhd göstərən qəhrəmanın fərdi obrazını yaradır. Rejiossor belə hesab edir ki, bu, mükəmməlliyə doğru ehtirasla can atmağın nümayişi üçün gözəl şəraitdir.

Qeyd edək ki, rejossor bu günə qədər "Restler", "Fontan", "Arzular üçün rekviem" filmlərini çəkib. Lakin, o, ilk dəfə çəkdiyi psixoloji trillerində tamaşaçıları qorxulu, bölünmüş və ikili paranoyya dünyasına salır. Bizim gözlərimizin önündə daim qara qüvvələrlə mübarizə aparan prima balerinanın tarixini sərir.

Premyerada bütün yerli media mənsubları ilə yanaşı məşhur simaları da görmək mümkün idi. Filmin ən maraqla izləyən Azərbaycanı "Eurovision-2009" mahnı müsabiqəsində təmsil edən və vətəninə üçüncü yeri qazandıran Aysel Teymurzadə idi: "Mən ümumiyyətlə filmləri izləməyi çox sevirəm. "Qara qu quşu" filmi isə məni xeyli düşünməyə vadar etdi. Çox bəyəndim. Çoxdandır belə maraqlı filmlə baxmırdım. Çox istərdim ki, Azərbaycanda da bu cür psixoloji trillerlər çəkilsin. Açıq və qorxulu səhnələr çox idi. Ancaq ssenari özlündə marağımı cəlb etdi. İndi asudə vaxtlarımı əsasən konoteatırlarda keçirməyə çalışacağam. Belə filmlər insanı iç dünyasına aparır. Filmdə ən çox bəyəndiyim səhnə isə sonda, baş qəhrəmanın səhnədə dünyasını dəyişməyi oldu. Çünki hər sənətkara səhnədə həyatına son qoymaq qismət olmur".

Bütün xəbərlər Facebook səhifəmizdə