Bu gün \"Eurovision- 2012\"nin II yarımfinalı keçiriləcək

Bu gün \"Eurovision 2012\"nin II yarımfinalının əsas şousu baş tutacaq. SİA-nın məlumatına görə, artıq şouda yarışacaq daha 18 ölkə təmsilçisinin geyim və əsas məşqi keçirilib. Şou iştirakçılarının mətbuat nümayəndələri üçün geyim məşqi saat 18.00-da başlayacaq. 18 ölkə təmsilçisinin \"Bakı Kristal Zalı\" səhnəsinə çıxma ardıcıllığı belədir: Serbiya, Makedoniya, Niderland, Malta, Belarus, Portuqaliya, Ukrayna, Bolqarıstan, Sloveniya, Xorvatiya, İsveç, Gürcüstan, Türkiyə, Estoniya, Slovakiya, Norveç, Bosniya və Herseqovina və Litva.

Bütün xəbərlər Facebook səhifəmizdə