Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva IDEA İB və “Great Whale Conservancy” təşkilatının əməkdaşlığı çərçivəsində həyata keçirilən “Dəniz ekosisteminin sağlamlığında və iqlim dəyişikliyinin azaldılmasında dəniz məməlilərinin rolu” mövzusunda panel müzakirələrində iştirak edib. SİA xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunan tədbirdə çıxış edən Leyla Əliyeva dəniz canlılarının ekoloji balans və iqlim dayanıqlılığının təmin edilməsi baxımdan əhəmiyyətini vurğulayıb.
Dünyanın ən iri məməliləri olan balinaların karbon dioksidinin atmosferdə miqdarının azaldılmasında oynadığı rolu vurğulayan Leyla Əliyeva bildirib ki, 1985-ci ildə qüvvəyə minən müvafiq moratoriuma baxmayaraq, balina ovu hələ də bir sıra ölkələr tərəfindən davam etdirilməkdədir.
Daha sonra Xəzər suitilərinin populyasiyasının XX əsrin əvvəli ilə müqayisədə 6 dəfəyə yaxın azalması panel iştirakçılarının diqqətinə çatdırılıb.
IDEA tərəfindən ötən 13 il ərzində icra olunan fəaliyyətlərə toxunan Leyla Əliyeva gənclər və geniş auditoriya üçün həyata keçirilən məlumatlandırma tədbirləri, könüllülərin iştirakı ilə baş tutan sahilyanı ərazilərin təmizlənməsi aksiyaları, balıq körpələrinin suya buraxılması və Xəzər dənizinin unikal biomüxtəlifliyinin qorunmasına yönələn bir sıra digər tədbirləri qeyd edib.
Panel müzakirələrinin davamında “Great Whale Conservancy” təşkilatının təsisçisi və direktoru Maykl Fişbax və Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinin baş direktoru Tariyel Eybatov müxtəlif dəniz canlıları, o cümlədən balinaların və suitilərin dəniz ekosistemi üçün əhəmiyyəti və su hövzələrinin çirklənməsinin ətraf mühitə təsiri barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Bu rayonda əmək yarmarkası keçiriləcək- MƏLUMAT
Sosial 22:19Sehrli həb yoxdur...
Səhiyyə 21:52“Fiat” transformasiya edilə bilən avtomobil təqdim etdi…
Texnologiya 21:28Tütün tüstüsündə tapılan maddə Marsda həyatı alovlandırmış ola bilər...
Texnologiya 21:06Tamahkarlıq axmaqların məhvi idi...
Dünya 20:05Mərkəzi Banka yeni səlahiyyət verilir
İqtisadiyyat 18:37Peskov “Putinin yeni məşuqəsi”ni müdafiə edir..?
Dünya 18:27Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib
Siyasət 18:18Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək
Siyasət 18:13Putin öz torpağında müharibəyə hazır deyildi...
Dünya 18:06Özbəkistan Prezidenti Bakıya gələcək
Siyasət 18:01Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
Siyasət 17:34Tramp: Bəlkə də, Əli Xameneini öldürməməli idik
Dünya 17:20Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar
İqtisadiyyat 17:19Maarifləndirici görüş və səyyar göz müayinəsi...
Sosial 17:17Kapital Bank-ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6% artıb
İqtisadiyyat 16:53AAYDA sədri Laçın və Kəlbəcər sakinləri ilə görüşəcək
İqtisadiyyat 15:21“Sürgün sevgi”nin gözləntiləri Featured - FOTO
Sosial 15:10Sabahdan Novxanı-Pirşağı kanalizasiya kollektorunun tikintisinə başlanılır
İqtisadiyyat 14:37Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Siyasət 14:19Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib
Siyasət 14:17Laos Prezidenti Zəfər parkını ziyarət edib
Siyasət 14:11Azərbaycan Çexiya ilə Orta Dəhlizin təşviqini müzakirə edib
İqtisadiyyat 14:10Vaşinqtonda qlobal döyüş – BAXIŞ BUCAĞI
Siyasət 14:05Haqsızlığı öz başımıza gələndə tanıyırıq - KÖŞƏ
Sosial 13:56Belə bir mühitdə dərs keçmək olmaz - ŞƏRH EDİLDİ
Siyasət 13:08Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir
Siyasət 13:01Sabah hava əsasən yağmursuz keçəcək
Sosial 12:59Bir sıra qanunlarda “xüsusi icazə” ifadəsi dəyişdirilir
Siyasət 12:14Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8992
-0,32%
-
GBP
2,2468
-0,20%
-
RUB
2,0276
+1,62%


.jpg)
