Rəqsanə: "Başqasının bəxbəxtçiliyi üstündə özünüzə xoşbəxtlik axtarmayın" FOTO

Ötən gün müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəyin ad günü olub. SİA-nın məlumatına görə, sənətçi ərini belə təbrik edib: "Ailə gözəl nemətdir. Kasıb və ya varlı həyat yoldaşın varsa, sahib çıx, hər zaman yanında ol.

Bütün qadınlar xoşbəxt olmağa layiqdir. Amma başqasının bəxbəxtçiliyi üstündə özünüzə xoşbəxtlik axtarmayın. Hansısa bir xanımın göz yaşını axıdıb, düşünməyin ki, xoşbəxtsiniz. Hər kəs öz ailəsinin yanında xoşbəxt olsun. O, xoşbəxtliyin də açarı kişilərdir.

Fazil bəy, səni ad günü münasibəti ilə təbrik edirəm. Can sağlığı arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...