Naibə Allahverdiyeva: "Seriallarda mafiya var" AÇIQLAMA-FOTOLAR+VİDEO

Xalq artisti Naibə Allahverdiyeva seriallarda çəkilməməsinin səbəbini açıqlayıb. SİA-ya danışan aktrisa seriallar haqqında heç kimin gözləmədiyi fikirlər səsləndirib: "Aktrisalıq kimdənsə asılı sənətdir. Çünki seriallar dırnaq arası mafiyalar tərəfindən idarə olunur. Belə ki, eyni aktyorlar bir neçə seriallarda rol alır. Bəzi rejissorlar küçədən keçən hər kəsi aktyor edirlər. Mən o kəslərə "rejissor" deməyə utanıram. Buna görə də Azərbaycanda seriallar çox aşağı səviyyədədir.

Onu da deyim ki, indi çəkilən Azərbaycan seriallarında demək olar ki, sujet xətti eynidir. Əksəriyyəti türk seriallarından oğurlanıb".

https://tv.sia.az/news/broadcasting/788441.html

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə