Aygün Kazımova yeni albomunu təqdim etdi

Xalq artisti Aygün Kazımova yeni albomunu təqdim edib. SİA-nın məlumatına görə, “Duy” adlanan EP albom Azərbaycan musiqisində növbəti yenilikdir. “Duy” adlı mahnının musiqisi Dünyaca məşhur DJ Vendetta tərəfindən hazırlanıb. Bəstə milli musiqi ilə müasir musiqinin sintezidir.

Tar, Kaman, Zurna, Ud kimi musiqi alətlərinin səsi və müğənninin gözlənilməz muğam ifası alboma xüsusi əhval ruhiyyə qatıb.

Albomun musiqi prodüsseri məşhur gürcü musiqiçisi Kakhaberidir. Səsyazmalar Bravo studiyasında həyata keçirilib. Layihə SS Production tərəfindən reallaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə