Xumar Qədimovanın “Sevgi Harayı” - FOTOSESSİYA

Xumar Qədimovanın “Sevgi Harayı” - FOTOSESSİYA

Bu gün Azərbaycan estrada musiqisinin orijinal səsiXumar Qədimova ilk dəfə jurnalistləri başına toplayəb, fərqli təqdimat mərasimi keçirib. SİA-nın məlumatına görə, "Sevgi Harayı" adlı musiqi kompozisiyası muzikl şəklində təqdim olunub.

SözləriCəlal Qurbanova, musiqisi Xumar xanımın özünə məxsus olan "Sevgi Harayı" ədəbi-bədii nəğməsi xalq artistiRasim Balayevlə, Opera və Balet teatrının solistiSamir Cəfərovla birgə hazırlanıb.

Möhtəşəm kompoziyanın memarlarından olan Rasim Balayev çıxış zamanı vurğuladı ki, xalq artistiAlim Qasımovdan dini mövzuda birgə musiqini ifa etmək üçün təklif alsa da həmin layihəni ərsəyə gətirənədək Xumar xanımla uğurlu əməkdaşlıq yaradıblar

Publisist-jurnalist İradə Tuncaybugünkü atmosferi obrazlı şəkildə qiymətləndirib: "Burada eşq havası var. İnanın ki, dünyanın bütün zənginlikləri eşqi əvəz edə bilmir. Burada Rasim Balayevi gördüm, xatırladım ki, gənclikdə mən də Rasim Balayevə aşiq idim. Hərdən Xumar deyir ki, "Sən məni yada salmırsan. Ancaq Xumar bilsin ki, o, hər zaman mənim yadımdadır. Günki qulacğımda Xumarın səsi gəlir".

"Sevgi harayı"nın uğurlu təqdimatından dərhal sonra iştirakçıların istəyi ilə Xumar xanım bir-birinin ardınca reprturında olan sevilən nəğmələrini canlı olaraq oxumağa başladı. Tanınmış musiqişünas və aranjimançıƏvəz Muradovroyalda sənətçini müşayət edib. Xumar xanım daha sonra özü də royalda musiqi ifa edərək oxuyub.

İfaçı xüsusilə mətbuat nümayəndələrinin diqqətinə səbəb olub. Jurnalistlər etiraf ediblər ki, bu gün zövqli musiqi sədaları altında daha çox dincəlib istirahət ediblər.

İştirakçılardan müsbət qiymət alan Xumar xanım deyib ki, bundan sonra növbəti möhtəşəm kompozisiya olacaq: "Cəlal Qurbanovla yaradıcı müstəvisində olan əməkdaşlığımız davamlı olacaq. Əminəm ki, növbəti işlərimizlə də sevənlərimi məmnun etməyə müvəffəq olacağam".

Tədbirdə respublikanın tanınmış ziyalıları - Fəttah Heydərov, İradə Tuncay, Firəngiz Mütəllimova, Rəşad Məcid, Aslan Cəfərov, Azər Şirinov, Güləş Federasiyasının vitse-prezidenti Cavanşir Qurbanov, Gənclər və İdman nazirimni müavini İsmayıl İsmayılov, Milli Olimpiya komitəsinin vitse-prezidenti Xəzər İsayev, İncəsənət Universitetinin rektor müavini Rafiq Sadıxov ,Bakı Şəhər Gənclər və İdman baş idarəsinin rəisi Raqif Abbasov, Türk PA-nın baş katibi Ramil Həsənov, Zeynal Məmmədli, Əkrəm Abdullayev və başqaları iştirak ediblər.

Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə