Teylor Svift səkkiz yaşlı pərəstişkarına gitara hədiyyə edib və...

...qız onu əyləndirib...

...Amerikalı müğənni Teylor Svift, viral videosu ilə onu əyləndirən səkkiz yaşlı bir pərəstişkarına gitara hədiyyə edib. SİA xəbər verir ki, bu barədə Page Six yazır.

Aprel ayında gənc amerikalı qız Madeline qonşusu, musiqiçi İtan Hayesə hasarın üstündən kağız təyyarə atıb. O, gənc oğlanın çöldə məşq etdiyini eşitdikdən sonra ondan Teylor Sviftin mahnısını ifa etməsini istəyib.

26 yaşlı Hayes Sviftin 2008-ci ildə çıxan hit mahnısı "Love Story"-ni eyvanından ifa edib, Madeline isə pəncərədən mahnı oxuyub.

Qızın anası Natali Hulek hadisəni lentə alıb və daha sonra onu TikTok-da paylaşıb və...görünüş qısa müddətdə təxminən 4 milyon baxış toplayıb.

Video sonda Sviftin diqqətini çəkib.

Qremmi mükafatı laureatı həm Madeline, həm də Hayesə imzalı gitaralar göndərib və qız üçün əlyazma qeyd də əlavə edib.

…Çox gülümsəyirdim! Əgər çalmağı öyrənmək istəsəniz, sizə öz gitaranızı göndərirəm!,- deyə müğənni yazıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə