Türkiyəli məşhur müğənni Mert Demir görünüşündə dəyişiklik edib. SİA Türkiyə KİV-ə istinadən xəbər verir ki, uzun fasilədən sonra ilk dəfə konsert verən müğənni saçını kəsdirməsi və bığ saxlaması ilə diqqət çəkib. Məşhur müğənninin bu dəyişikliyi sosial mediada müzakirələrə səbəb olub. Bəzi sosial şəbəkə istifadəçiləri “Çox gözəl görünür” kimi şərhlər yazarkən, bəziləri də “Heç olmadı” deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə