47 yaşlı kino aktrisası plastik əməliyyata münasibətini açıqlayıb

Rusiyalı teatr və kino aktrisası Aleksandra Florinskaya plastik əməliyyatlara münasibətini açıqlayıb.

SİA-nın məlumatına görə, müsahibəni “Lady Mail” nəşr edir. “Briqada” serialının 47 yaşlı ulduzu qeyd edib ki, cazibədarlığını qorumaq üçün hazırda kosmetoloqların xidmətindən istifadə edir.

Eyni zamanda, sənətçi xarici görkəminin cərrahi yolla korreksiyasına müsbət yanaşdığını və plastik cərrahiyyə əməliyyatının mümkünlüyünü istisna etmədiyini bildirib.

...Gələcəkdə bıçağın altına girmək qərarına gələ bilərəm. Ya da olmaya bilər. Axı bizim peşəmiz emosiyalardır və üz maska ​​deyil, canlı qalmalıdır".

Bunu nəşrin həmsöhbəti fikirləşib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə