"Pis qaynana olmur, pis gəlin olur" - MÜĞƏNNİ DANIŞDI

“Gəlinlər unutmasın ki, onlar da nə vaxtsa qaynana olacaq. Pis qaynana olmur, pis gəlin olur. Atalar demiş "nə tökərsən aşına oda çıxar qaşığına"”. Bu sözləri SİA-ya açıqlamasında müğənni Ofelya Şabanova deyib.

Ofelya Şabanova sözlərinə belə davam edib: “Hər bir oğul anası oğlunu gəlinə qısqanır. Bunu gərək gəlin başa düşsün və qaynananı yola versin. Qaynana ikinci anadır. Gəlinlər gərək ən azından 1 il qaynana ilə yaşasın ki, qadın kimi formalaşsınlar. Yəni "yetişsinlər".

Mən müşahidə etmişəm, qaynana məsləhəti, qaynana təpkisi görməyən gəlinin ailəsində hər zaman söz söhbət olur. Bir sözlə gəlinin formalaşmasında qaynananın böyük və mühüm rolu var. Qaynananın dilini tapdınsa şad xürrəm yaşayacaqsan. Bir zamanlar mənim fikirlərimi bəyənməyənlər indi özləri qaynana-gəlin mövzularını dilə gətirirlər. Ümumiyyətlə qadının ailəsi qaynata,qaynana, ər və uşaqlardan ibarətdir. Qadın ailə qurdusa ata-anasından asılılığı olmamalıdır. Qadının məsləhət aldığı insan qaynanasıdır, doğma anası deyil.

Amma bəzi gəlinlər qaynanası ilə problem olan kimi həmən zəng edir anasına. Təbii ki dərin düşünən ana övladına təkan vermir, amma bəzi zəif düşüncəli analar övladını dahada qızışdırır. Sonda ailədə mübahisələr yaranır, hətta boşanmaya gətirib çıxardır. Bir sözlə. gəlin qaynana ilə münasibətini əla etsə o gəlin ailədə sevilir və gün güzəranı əla olur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə