Sevgililər Günündə Laima Vaykule mikrobloqunda insanları heç vaxt millətlərə bölmədiyini və bütün ölkələrdən olan tamaşaçıları sevdiyini açıqlayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müğənninin gözlənilməz açıqlaması izləyicilərində şübhə yaradıb..?
Onlar bunun 2025-ci ilin iyul ayının sonuna planlaşdırılan növbəti festivalı olan Rendezvous ilə əlaqəli olduğunu iddia ediblər.
AiF-in yazdığı kimi, əvvəlki illərdə rusiyalı artistlər və Rusiya Federasiyasından olan tamaşaçılar olmadan bilet satışı uğursuzluqla nəticələnirdi.
Rusdilli abunəçilər müğənninin Tatyana Lazareva ilə müsahibəsini də xatırlayıblar, burada Laima ruslar haqqında təhqiramiz danışıb və onun Rusiyada çıxış edəcəyinə şübhə ilə yanaşıb.
Əvvəllər məlum olmuşdu ki, Vaikule Yurmalada keçiriləcək illik “Rendezvous” musiqi festivalının bilet satışını açıb. Səhnəyə çıxacaq ifaçıların siyahısı hələ açıqlanmayıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə