ATV-də yayımlanan "Gün ortası" verilişində qalmaqal yaşanıb. SİA xəbər veriri ki, verilişdə qonaq olan müğənni Aygün Şükürova və həmkarı Yaşar Cəlilov səhnə arxasında söz savaşına çıxıb.
Daha sonra veriliş başlasa da Aygün Şükürova canlı efirə çıxmaqdan imtina edib və qalmaqal canlı yayımda davam edib. Yaşar Cəlilov məsələyə aydınlıq gətirərək mübahisənin bayağı mahnılar üzərində düşdüyünü və Aygünün onunla kobud rəftar etdiyini bildirib.
Yaşarın sözlərinə görə mübahisənin alovlanmasına səbəb Aygünün aparıcı prodüser Tarix Əliyevi tənqid edərək "Tarix "Tiktok"u bəyənmir, bütün günü canlı açıb orada oturur" sözlərini deməsi olub. Yaşar Aygünə irad bildirərək aparıcının dalınca danışmamasını, qeybət etməməsini tövsiyyə edib.
Qalmaqalın böyüdüyünü görən Yaşar, Aygünün həyat yoldaşı Kənan MM-ə zəng edərək ondan şikayət edib. Aygün Şükürova Yaşarın bu hərəkətinin yalnış olduğunu və onu Kənanla şantaj etdiyini bildirib. Digər müğənni Azad Fərəc verilişə daxil olandan sonra Aygün Şükürova efiri tərk edib və veriliş onsuz davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə