Sızanaqların qarşısını necə almaq olar? - DİQQƏT!

Yaz aylarının gəlişi ilə dəridə sızanaq problemləri artmaqda davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, isti havaların və tərləmənin təsiri ilə dəri daha yağlı olur və məsamələr tıxanır. Bu, dərinizdə sızanaqların yaranmasına səbəb olur. Sızanaqlar təkcə üzdə əmələ gəlmir. Bədəninizin müxtəlif yerlərində sızanaq problemi ilə qarşılaşa bilərsiniz. Sızanaqların yaranmasının qarşısını almaq üçün bəzi şeylərə diqqət etmək lazımdır.

İsti su bütün dəri tipləri üçün zərərlidir. İsti su dərini qaşındırır və soyur, bu da dərinin həddindən artıq yağ əmələ gəlməsinə və qıcıqlanmasına səbəb olur. Eyni zamanda, isti su bədəninizdə sızanaqların yaranmasına da səbəb ola bilər.

Bu səbəbdən bədəninizi isti su yerinə ilıq su ilə təmizləməyiniz tövsiyə olunur. İlıq su dərini sakitləşdirir və sızanaqların səbəb olduğu qızartıları azaldır.

Dəriniz yağlı olsa belə, nəmləndirici kremdən istifadə etməyi unutmamalısınız. Çoxları adətən nəmləndiricidən istifadə etmək istəmir, çünki dərini yağlandırdığını düşünürlər. Lakin bu yanlış məlumatdır. Nəm çatışmazlığı dərinin artıq yağ əmələ gəlməsinə səbəb olur ki, bu da məsamələrin tıxanmasına səbəb olur.

Dərinizin nəfəs almasına imkan verən boş, qıcıqlandırıcı olmayan paltarlar geyinmək bədəndəki sızanaqlardan qorunmağın başqa bir yoludur.

Dar paltarlar kir, mikrob və yağları saxlaya bilər və ləkələrin əmələ gəlməsinə səbəb ola bilər. Məsələn, yun və neylon kimi paltarlar dərini qıcıqlandıra bilər.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...