Yumurta qabığının bilinməyən faydaları ORTAYA ÇIXDI

Yumurtanı qaynatdığınız suyun tərkibində yumurtanın özündə olan kalsiumdan daha çox kalsium olduğu deyilir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu səbəbdən yumurta qabığındakı kalsium osteoporoz və sümük ağrıları kimi xəstəliklərə xeyirlidir.

Yumurta suyunun tərkibindəki kalsium bitkilər üçün də çox faydalıdır. Sadə su yerinə bitkilərinizə tökdüyünüz qaynadılmış yumurta suyu bitkilərinizi qidalandırmaq üçün kifayət edəcək.

Qaynadılmış yumurta suyu saça da öz xeyrini göstərir. Tərkibində bol protein olan yumurta suda qaynadıldığında zülal əriyir və saçlarınızın çox canlı görünməsinə kömək edir. Xüsusilə quru saçlar üçün faydalı bir vasitədir deyə bilərik. Yumurta suyu ilə daha parlaq saçlara sahib ola bilərsiniz.

Qazan və çaydanınızdakı əhəngləri təmizləmək üçün də qaynadılmış yumurta suyundan istifadə etmək olar. Yumurta qabıqlarını qaba götürüb qaynadın. İçinə bir az sirkə də tökün. Bununla da əhəng qatının yox olduğunu görəcəksiniz.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə