Limon qabığının faydaları nələrdir?

Limonun qabığı da özü qədər faydalıdır. SİA xarici mətbuata istinadən xəbər verir ki, limonun qabığında olan D-limonen oksidləşdirici stressi azaldan, toxuma zədələnməsi və xərçənglə mübarizə aparan çox güclü flavonoid antioksidantlardan biridir.

Limon qabığı digər sitrus meyvə qabıqlarından çox daha müxtəlif və sıx antioksidanlara malikdir.

Limon qabığı immunitet sistemini gücləndirir.

Eyni zamanda, onun tərkibində ürək xəstəlikləri riskini azaldan maddələr var. Limon qabığında olan pektin lifi ürək sağlamlığı üçün faydalıdır.

Limon qabığı xolesterol üçün də əladır. Hər gün bir limonun qabığı ilə istehlak edərək bədəninizi gücləndirə bilərsiniz.

Limon qabığı yüksək miqdarda C vitamini ehtiva edir. Bu da öz növbəsində dəridən tutmuş dırnaqlara qədər bütün bədənin bərpasını dəstəkləyir.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə