Qarın yağlarını necə əritmək olar?

Qarın nahiyəsində piylənmə bir çox insanın ümumi problemlərindəndir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata əsasən bal və darçın qarışımı ilə qarın yağlarını əritmək mümkündür.

Darçının yağ yandırıcı xüsusiyyəti hər kəsə məlumdur. Müntəzəm olaraq istifadə olunan bu qarışım sizi qarın yağlarınızdan xilas edə bilər. Metabolizmanızdan asılı olaraq müntəzəm istifadə nəticəsində 10 gun ərzində təsirli nəticə əldə edə bilərsiniz.

Bunun üçün qaynar suya darçın əlavə edin və yaxşıca qarışdırın. 5 dəqiqə soyumağını gözlədikdən sonra bal əlavə edin. 10 gün ərzində bu qarışımı səhərlər için. Qarışımı istifadə edərkən idman etməyi unutmayın.Beləliklə yağların əriməsini daha çox sürətləndirə bilərsiniz.

Nəzrin Əyyublu

Bütün xəbərlər Facebook səhifəmizdə