Boğaz ağrısını aradan qaldırmaq üçün təbii üsullar nələrdir?

Əgər yemək yeyərkən, içərkən və ya udarkən boğazınızda yanma və sancma problemi varsa, mümkün qədər tez tədbir görməli və özünüzü xəstəliklərdən qorumalısınız. SİA xarici mətbuata istinadən xəbər verir ki, boğaz ağrısı kimi tanınan bu vəziyyətə adətən streptokok patogen bakteriyaları səbəb olur. Boğazda udqunma çətinliyinə səbəb olan bu narahatlıq yemək və danışmada da çətinlik yaradır. Adi bir xəstəlik olan bu vəziyyət boğazın ortasında yanma şəklində özünü göstərir. Daha sonra ağrıya, boğazın şişməsinə və qulaq ağrısına səbəb ola bilər.

Soyuq havanın təsiriylə boğaz ağrısı və boğaz infeksiyaları meydana gələ bilər ki, bu da sağlamlıq problemlərinə səbəb olan ən böyük faktordur. Qusmadan sonra boğazın yanması problemi də var.

Boğaz ağrısı üçün həkimə getmədən evdə müraciət edə biləcəyiniz üsullar var. Bunlardan birincisi kiçik bir qazana bal, limon və kokos yağını əlavə edib qaynamasını gözləməkdir. Sonra onu süzüb gündəlik istifadə edə bilərsiniz.

Çox istehlak edilən və tanınan bitki çaylarından biri olan çobanyastığı çayı stressi aradan qaldıran və yuxunu tənzimləyən xüsusiyyətə malikdir.

Boğaz yanmasına da yaxşı gələn xüsusiyyəti var. Mütəmadi olaraq istehlak etsəniz, boğazınızı yumşaldar və rahatlaşdırar.

Biyan kökü çayı uzun illər boğaz ağrısı və yanma zamanı istifadə edilən bitki çayıdır. Gündəlik olaraq istehlak edə bilərsiniz. Lazım olduğundan artıq istehlak etməməyə diqqət edin.

Boğazdakı yanma hissini aradan qaldırmaq üçün bir çox təbii üsullar var. Bunlardan birincisi və ən məşhuru duzlu su ilə qarqaradır. Evdə tətbiq oluna bilən ən təsirli üsullardan biridir.

Əgər müntəzəm olaraq zəncəfil limonlu çay istehlak etsəniz, boğaz ağrıları bitər. Bir stəkan isti suya bir çimdik zəncəfil və limon əlavə edin. Dəmləyib süzdükdən sonra istehlak edilsə boğaz ağrısına yaxşı təsir edər.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə