Saç dərisinin qurumaması üçün nələr etmək lazımdır?

Əksər insanlar baş dərisinin qaşınmasından və qurumasından şikayətlənirlər. SİA xarici mətbuata istinadən xəbər verir ki, baş dərisindəki kəpək və quruluq zamanla baş dərisində soyulmaya və qaşınmaya səbəb olur.

Baş dərinizdə qaşınma saçınıza qulluq etməməkdən qaynaqlana bilər. Baş dərisini nəmləndirən bir qulluqla qaşınmadan xilas ola bilərsiniz. Hamamdan sonra saçınızı yaxalayacağınız bir şüşə mineral su, tərkibindəki minerallar sayəsində saçlarınızı qidalandıracaq və qaşınmanın qarşısını alacaq. Mineral su baş dərisini nəmləndirir və soyulmanın qarşısını alır.

Eyni zamanda, saç qırıqlarını bərpa edən və baş dərisini qidalandıran çay ağacı yağı saçlarınızın sağlam və sürətli uzanmasını təmin edir.

Çay ağacı yağı saç dərisindəki quruluq problemini də həll edir.

Bir stəkan uşaq şampununa 10-20 damcı çay ağacı yağı əlavə edib baş dərinizin vəziyyəti yaxşılaşana qədər hər gün istifadə edə bilərsiniz. Bu, qaşınan baş dərinizi də müalicə edir.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə