Ağız qoxusunun qarşısını necə almaq olar?

Ağız qoxusu insanları sosial mühitlərdə çətinə salan bir sağlamlıq problemidir. SİA xarici mətbuata istinadən xəbər verir ki, ağız qoxusuna ağız və diş sağlamlığı ilə bağlı problemlər, həmçinin, qulaq-burun-boğaz problemləri və ya həzm sistemi ilə bağlı xəstəliklər səbəb ola bilər.

Ağciyər və böyrək xəstəliklərinin də ağız qoxusuna səbəb ola biləcəyini ifadə edən mütəxəssislər deyir ki, çürük yumurta qoxusu mədə və həzm sistemi pozğunluqlarında, ammonyak kimi qoxu isə böyrək xəstəliklərində yaranır.

Ağız qoxusunun qarşısını almaq üçün istehlak edilən suyun miqdarına fikir vermək, mədə turşusunu artıran qidalardan uzaq durmaq, mütəxəssisə müraciət etmək lazımdır.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə