Soğan yeyənlər bu xəstəliyə TUTULMUR! - DİQQƏT

Dünyada bağırsaq xərçəngi və bir çox xərçəng növünə rast gəlinir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Çində aparılan bir araşdırmada, hər gün təxminən yarım soğan yeyənlərdə bağırsaq xərçənginə tutulma riski 79% azaldığı məlum olub. Bu proses dərindən araşdırılıb və nəticələrə görə, mütəmadi olaraq allium bitkilərindən istifadə edənlərin digərlərindən daha sağlam olduğu müəyyən edilib. Bu qidaların tərkibindəki biofaktorlar sayəsində onların bəzi xərçəng növlərinə də faydalı olduğu məlum idi.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə