Təbii yağlarla günəş ləkəsindən QURTULUN!

Dəri ləkələri hər kəsin zaman-zaman əziyyət çəkdiyi dəri problemlərindən biridir. Xüsusilə yayda çox günəşə məruz qaldığınız zaman dərinizdə günəş ləkələri yarana bilər. SİA xarici mətbuata istinadən xəbər verir ki, təbii yağlardan istifadə etməklə günəşdən sonra yaranan dəri ləkələrindən xilas olmaq mümkündür.
Zeytun yağı dərinizdəki məsamələri açır və daha təmiz bir dəri əldə etməyə kömək edir. Xüsusilə makiyaj edən qadınlar və ya xarici faktorlara məruz qalan insanlar zamanla məsamələrində kir toplayır. Gözlə görmək çətin olan, lakin dəridəki məsamələrin tıxanmasına səbəb olan çöküntülər dərimizin nəfəs almasına və onu qidalandırmasına mane olur. Zeytun yağı dərini nəmləndirir və gözəlləşdirir, həmçinin quruluqdan dəridə yaranan qırışların qarşısını alır.

Günəş şüaları bəzi dərilərdə ləkələrə səbəb ola bilər. Bu ləkələrin əmələ gəlməsinin qarşısını almaq və yaranan ləkələri azaltmaq üçün zeytun yağı çox istifadə edilir.

Çay ağacı yağının dəri üçün faydaları saysız-hesabsızdır. Çay ağacı yağı da günəşdən sonrakı ləkələrə çox təsir edir. Daimi istifadə edildikdə dəridəki ləkələrin rəngini açır. Dərinin tonunu bərabərləşdirir. Beləliklə, daha hamar və parlaq görünən bir dəri təmin edir.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə