Zeytun yağının saçlara hansı faydaları var?

Əsrlər boyu az qala hər sahədə istifadə edilən zeytun yağı bir çox xəstəliklərin müalicəsində təsirli olur. Saçınıza zeytun yağı çəkdiyiniz zaman saçınızdakı böyük dəyişiklikləri dərhal hiss edəcəksiniz. SİA xarici mətbuata istinadən xəbər verir ki, zeytun yağı sayəsində günəşdən və saç boyasından zədələnmiş saçlarınızı daha baxımlı edə bilərsiniz.

Yay gəlmədən 1-2 aylıq intensiv saç baxımı ilə saçlarınız daha gur və sağlam görünə bilər.

Zeytun yağı saça çəkildikdə saç köklərini qidalandırır və kəpək problemini aradan qaldırmağa kömək edir. Daha yumşaq, parlaq və formalı saçlara sahib olmanızı təmin edən zeytun yağı ilə müntəzəm olaraq onlara qulluq etdikdə daha güclü və parlaq saçlara sahib olmaq mümkündür.

Zeytun yağı ilə masaj edərək həm baş dərinizi gücləndirə, həm də kəpək problemindən xilas ola bilərsiniz.

Bir qabda bərabər miqdarda limon suyu və zeytun yağını qarışdırdıqdan sonra onu baş dərisinə çəkmək kifayətdir.

Zeytun yağı saçların uzanmasını sürətləndirən təbii məhsuldur.

Tərkibindəki E vitamini sayəsində gec çıxan saçların sürətli uzanmasını dəstəkləyir.

Tərkibindəki E vitamini və minerallar sayəsində zeytun yağı saçlarda yağlanma, quruluq kimi şikayətlərin qarşısını alır. Saçlarınızı zeytun yağı ilə masaj edərək saçınızdakı yağ balansını qoruyub saxlaya və yağlanmanın qarşısını ala bilərsiniz.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə