Kivinin indiyədək bilinməyən xeyirləri BUNLARDIR

Kivi çox yüksək antioksidant təsiri olan qidalardan biridir. Bu təsiri ilə hüceyrələri zədələnmədən qoruyur və yaraların sağalma prosesini sürətləndirir. SİA xarici mətbuata istinadən bildirir ki, tərkibində C vitamini olan kivi eyni zamanda özündə bol miqdarda dieta lifi ehtiva edir. Yüksək lif və aşağı karbohidrat tərkibi ilə xolesterolu və qan şəkərini idarə etməyə kömək edir. Kivinin tərkibində olan aktinidin adlı ferment həzm prosesini asanlaşdıran zülalları parçalamağa kömək edir. Beləliklə, bağırsaq hərəkətlərini artıraraq qəbizliyin qarşısını alır.

Klinik tədqiqatları nəzərə alaraq kivi gündəlik bağırsaq hərəkətlərinin tezliyinin artması, qarın ağrısı və mədə qazı şikayətlərinin aradan qaldırılması ilə çox diqqət çəkir.

Kivi meyvəsi dəstəkləyici qida kimi istifadə edilir. İçindəki aktinidin sayəsində bu təsiri təmin edən kivi qida rasionumuza mütləq daxil edilməlidir.

Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə