Evimizdəki təhlükə vaxtından əvvəl ölümə səbəb olur

​Gündəlik həyatımızda istifadə etdiyimiz saxlama qabları, makiyaj materialları, qidalanma şüşələri, ətirlər, oyuncaqlar, hətta xalça və döşəmə borusu kimi məhsullarda istifadə olunan sintetik kimyəvi maddələrin vaxtından əvvəl ölümə səbəb olduğu ortaya çıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ftalatlar kimi tanınan bu maddələr hormonal sistemi pozur, inkişaf problemlərinə, ürək xəstəliklərindən sonsuzluğa və diabetə qədər bir çox ciddi problemə səbəb olur. Buna görə mütəxəssislər xəbərdarlıq edir: “Plastiklərdən istifadə etməyi dayandırın! Evimizdə ftalatın təhlükəsi ilə bağlı faktlar mövcuddur”.

​ABŞ-da nəşr olunan "Environmental Pollution" jurnalının apardığı araşdırmaya görə, gündəlik həyatımızda istifadə etdiyimiz şampundan makiyaj məhsullarına, ətirdən saxlama qabına qədər yüzlərlə istehlak məhsulu istehsalında istifadə etdiyimiz ftalatlar adlanan sintetik kimyəvi maddələrdir. Bu maddələr il ərzində minlərlə insanın ölümünə səbəb olur.

​Ftalatların böyüklərdə ürək -damar xəstəliyinin göstəricisi olan testesteron tərəfindən ötürüldüyünü artıq bildiklərini ifadə edən mütəxəssis "Kimyəvi BPA, oğlan uşaqlarının reproduktiv sistemindəki anormallıqlar və daha sonra yetkin kişilərdə sonsuzluq problemləri, həmçinin piylənmə, ürək xəstəlikləri, xərçəng və hər hansı bir səbəbdən erkən ölümlə əlaqədardır" deyə izah edib.

​Əvvəlki tədqiqatlar sintetik kimyəvi ftalatları oğlan uşaqlarında genital malformasiyalar və enməmiş testislər kimi reproduktiv problemlərlə əlaqələndirmişdir. Bu araşdırmadan sonra elm adamları plastikdəki kimyəvi maddələrin körpələrin beyninə zərər verdiyini və dərhal qadağan edilməli olduğunu açıqlayıblar.

Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə