6 addımla necə daha cazibədar olmaq olar FOTOLAR

Cazibədar olmaq həm qadınların, həm də kişilərin ən sevdiyi görünüşdür. SİA xarici mətbuata istinadən xəbər verir ki, bəzən cazibədar olmaq xatirinə maraqlı şeylər sınayırıq və hələ də istədiyimiz görünüşü əldə edə bilmirik. Beləliklə, 6 addımda cazibədar olmağın sirlərini sizinlə bölüşürük.

Geyimlərinizi kombinasiya edin

Paltarlarınızı qarderobunuza qoyarkən bir araya gətirin. Uyğun geyimləri yan -yana asın. Bu şəkildə həm daha sürətli hazırlaşa, həm də həmişə gözəl geyinə bilərsiniz.

Qarderobunuzu kəşf edin

Qarderobunuzda uzun müddət geyinmədiyiniz və geyinməyi düşünmədiyiniz paltarlar ola bilər. Onları ehtiyacı olan birinə verin. Unutmayın: başqalarına yaxşılıq etməklə özünüzə də bir yaxşılıq edirsiniz.

İstəyirsinizsə, internetdə ikinci əl paltarlarınızı sataraq pul qazana, qazandığınız gəlirlə isə yeni paltar ala bilərsiniz. Aylardır geyinmədiyiniz ayaqqabıları geyinmək üçün səbirsizlənən qadınlar var, narahat olmayın. Şəkillərini çəkin, internetə yükləyin və satışa çıxarın.

Az büdcə ilə cazibədar olun

Sezon sonu malları həm keyfiyyətli həm də ucuz alış-veriş etmək imkanı verir. Alış-veriş mərkəzlərində endirimli mağazalar, keçidlər, tez-tez əlverişli variantlar təklif edən internet alış-veriş saytları qarderobunuzda yeni geyimlər əlavə etmək üçün iqtisadi ünvanlardır.

Lazımsız geyim almayın

Burada diqqət etməli olduğunuz bir vacib məqam var. Geyindiyiniz zaman sizi sevindirməyəcək və ya heç vaxt geyinməyəcəyiniz əşyalar almayın. Bu mövzuda özünüzü nizamlamağa imkan verən bir alış -veriş siyahısı hazırlamaq ağıllı olardı.

Təsəvvürünüzdən istifadə edin

Təsəvvürünüzdən istifadə edərək az sayda paltarla fərqli üslublar yarada və sizi görən insanlarda "cazibədar qadın" obrazı yarada bilərsiniz.

Qara, diz uzunluğunda paltarınız varsa, onu parlaq aksesuarlarla və ya bir pencəklə birləşdirə bilərsiniz.

Qarderobunuzun nəzərdən keçirilmə mərhələsi sizi bu gözəl kombinasiyalara həvəsləndirəcək və ağlınıza yeni fikirlər gətirəcək. Yenilik etməkdən, paltarınızı dəyişdirməkdən, bir parçanı digər parçalarla dəfələrlə birləşdirməkdən və sizə ən uyğun olanı tapmaqdan çəkinməyin.

Reklamlardan ilham alın

Moda markalarının reklamlarını alıcının gözü ilə araşdırın. Çünki hər bir reklam çəkilişi günlərlə işlənir və onlarla stil məsləhətçilərinin və moda redaktorlarının fikirləri ilə yaradılır. Buna görə də jurnal səhifələrində və ya saytlarda rast gəldiyiniz reklamları "reklam" olaraq görməyin və ilham alın.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə