Bu ölkədə tətbiq olunan qadağalar - AĞILLARI BAŞDAN ALDI

Fərdiləşmənin geniş yayıldığı Almaniyada tətbiq edilən bəzi qadağalar diqqət çəkib. SİA olaraq onları sizə təqdim edirik. Bütün dünya tərəfindən dünyəvi və demokratik bir ölkə nümunəsi olaraq göstərilən Almaniya, xüsusilə dini bayramlarda tətbiq etdiyi sərt cəzalarla tanınır.

Bunlardan birincisi, xristianların müqəddəs bayramı kimi tanınan Pasxadır. Xristianlar tərəfindən müqəddəs bir bayram olaraq qeyd olunan Pasxa, Almaniyada ilin "səssiz günləri" olaraq bilinir. Cümə axşamından bazar ertəsinə qədər qeyd olunan dini bayramda ciddi qadağalar qoyulub. Bu müddət ərzində rəqs etməyi və yüksək səslə musiqi dinləməyi qadağan edən ölkədə bu qaydaları pozanlara ciddi cərimələr tətbiq olunur. Qadağanın tətbiqi 16 əyalətdə bir-birindən fərqlənir. Xüsusilə mühafizəkar olduğu bilinən cənub əyalətlərində rəqs və musiqiyə qoyulan qadağa idman tədbirlərinə, evə köçməyə və ya müəyyən filmlərin nümayişinə qadağa ilə müşayiət olunur.

Tətil günlərində ciddi şəkildə tətbiq olunan səs qadağası, bazar günləri olduğu kimi axşam saat 10-dan səhər 6-ya qədər də tətbiq olunur. Saat 22-dən sonra ictimai yerlərdə içki içmək və səs-küy salmaq cərimələrə səbəb olan başqa hərəkətlərdir. Evdə təmir işləri aparmaq, tozsoran işlətmək və ya hətta bazar günləri səs-küylü olsa paltaryuyan maşını işə salmaq qanuni şikayətlər mövzusudur.

Ölkədə daha bir qadağa Dövlət Himni ilə bağlıdır. İkinci Dünya Müharibəsi dövründə alman millətçiliyinin qızğın dövründə nasist təbliğatı sayılan "üstün alman irqinə" aid sətirlərdən ibarət olan Almaniya himnin ilk bəndlərini oxumaq qəti qadağandır. Nasist simvolu daşımaq, Hitleri ictimai yerlərdə tərifləmək və nasist salamını vermək də həbs cəzasına bərabər olan tətbiqlərə səbəb olur.

Bundan əlavə, soyqırımı ictimai yerlərdə inkar etmək tamamilə qadağandır. Almaniya hökuməti kimyəvi və bioloji silahları da tamamilə qadağan edib. ABŞ-ın Almaniyada yerləşən nüvə silahları isə istisnadır. Eroin, amfetaminlər, MDMA və kokain kimi kimyəvi maddələr tamamilə qadağandır, hətta hökumətdə belə onlardan istifadə etmək olmaz.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə