Böyük Britaniyadan olan 45 yaşlı qadın həyat tərzini tamamilə dəyişib. Yeni vərdişlərlə o, 25 kiloqramdan çox arıqlayıb və xeyli sağlamlaşıb.
SİA-nın məlumatına görə, bu barədə What’s the Jam bildirib. Əvvəllər İngiltərənin Bolton şəhərindən olan Lindsi Kendal yağlı yeməklər və “çatdırılmalar” yeyirmiş.
...Və özü də həftə sonu “sakitcə bir şüşə qırmızı şərab” gillədirmiş.
Deməli, vəziyyət o yerə çatıb ki, Lindsi daha nəfəs almaqda və pilləkənləri çıxmaqda çətinlik çəkib.
Qadın özünü 70 yaşlarında hiss edirmiş - heç eyeriməyə taqəti də qalmayıbmış.
Bir gün o, özünü çəkdirərkən təxminən 83 kq olduğunu görüb və həyatında köklü dəyişiklik etmək qərarına gəldi. Lindsay güc məşqlərinə başladı, 50 kiloqramdan çox arıqladı və indi həmişəkindən daha gənc görünür.
...Bir çox qadınlar düşünür ki, ağır çəkilər qaldırsalar, kişi kimi görünməyə başlayacaqlar. Mən sübut edirəm ki, bu, heç də doğru deyil.
Onun arıqlamasının ilk sirri bədənə faydası olmayan şirin qidalardan və sadə karbohidratlardan imtina etməsidir. O, həmçinin gündə ən azı üç litr su içir və ən yaxşı məsləhəti gündə 12.000 addım atmaqdır.
...Bikinidə bədəninizi nümayiş etdirmək inanılmaz hissdir, amma bu qədər enerjiyə sahib olmaq daha yaxşı hissdir. Bu yaxınlarda fotosessiyada iştirak etdim və bədənimlə fəxr etmək xoş idi.
Lindsi indi maşın operatoru kimi işləyir və 10,500 izləyicisi olan məzmun yaradıcısıdır, burada həyatını bölüşür və məsləhətlər verir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə