Fransada 16-cı əsrə aid gəminin qalıqları rekord dərinlikdə tapılıb

...Ehtimallara görə, söhbət İtaliyadan gələn 30 metr uzunluğundakı gəmidən gedir.

SİA-nın məlumatına görə, gəmi keramika məmulatları daşıyırmış.

Deməli, Fransa hərbçiləri ölkənin cənubundakı Var departamentinin Ramatuel kommunası yaxınlığında 16-cı əsrə aid ticarət gəmisinin qalıqlarını tapıblar.

France Info radiosunun məlumatına görə, gəminin qalıqları 2,56 kilometr dərinlikdə tapılıb və bu, Fransanın ərazi sularında rekord tapıntıdır.

Qeyd edək ki, əvvəlki rekord 1968-ci ildə batmış “La Minerve” sualtı qayığına məxsus idi. O, 2019-cu ildə Tulon sahillərində 2,3 kilometr dərinlikdə tapılmışdı.

Ehtimal ki, söhbət uzunluğu 30 metr, eni isə yeddi metr olan Liquriyadan olan gəmidən gedir. Burada keramika məmulatları, xüsusən də bitki motivləri ilə işlənmiş müxtəlif rəngli küplər vardı.

Gəmidə altı dəmir top da olub. Dağıntılar hərbçilər tərəfindən 2025-ci ilin martında keçirilən təlimlər zamanı təsadüfən aşkar edilib, lakin kəşf yalnız cümə axşamı, iyunun 12-də Nitsada keçirilən BMT-nin 3-cü Okean Konfransı çərçivəsində elan edilib.
Tədqiqatçılar gəminin batdığı şərait və onun mənşəyini öyrənməyə davam edəcəklər. Bu məqsədlər üçün onun 3D modelinin yaradılması planlaşdırılır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə