Alimlər ilk Tunc dövrünə aid kəndi aşkar ediblər

Barselona Universitetinin alimləri Mərakeşin Kaç Kouç bölgəsində Bronz dövrünə aid ilk yaşayış yerinin kəşf edildiyini elan ediblər. SİA Haber Global-a iatinadən xəbər verir ki, 2200-600-cü illər arasında tarixi olan yaşayış məntəqəsinin finikiyalılardan əvvəl erkən məskunlaşma, əkinçilik və mədəni qarşılıqlı əlaqələrə aydınlıq gətirmələri bildirildi.

Tunc dövrü yaşayış məntəqələrinin əksəriyyəti Avropa torpağında sənədləşdirilib. Mütəxəssislər qeyd ediblər ki, coğrafi yaxınlığına baxmayaraq, Məğrib qədimdən bu tarixi rəvayətlərdən kənarlaşdırılıb. Barselona Universitetindən Hamza Benattia Melgarejo-nun rəhbərlik etdiyi tədqiqat qrupu bölgədə ilk Tunc dövrü yaşayış məskənini aşkar edib. Yaşayış məntəqəsi Finikiya dövründən əvvələ təsadüf edir. Bu kəşfin Afrika və Aralıq dənizi tarixində böyük əhəmiyyət kəsb etdiyi bildirildi.

Qeyd edək ki, bu ərazi Lau çayının yaxınlığında, indiki sahildən 10 kilometr, Gibraltar boğazından isə 30 kilometr cənub-şərqdə yerləşən təxminən bir hektar ərazini əhatə edir.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə