...Mütəxəssislər 45 ölkənin məlumatlarını özündə birləşdirən Qlobal Ölüm Məlumatlar Bazasının məlumatlarını təhlil ediblər.
SİA-nın məlumatına görə, araşdırmaya ABŞ, Rusiya, Norveç, Yaponiya və İngiltərə daxil olub.
...Milan Yaşlanmanın Öyrənilməsi İnstitutundan italyan biogerontoloq Lorenzo Santadjelonun rəhbərlik etdiyi bir qrup alim insan həyatının təbii sərhədlərini aşkar ediblər. Demoqrafiyanın öyrənilməsi gözlənilməz bir vəziyyəti üzə çıxarıb: tibbdə əhəmiyyətli irəliləyişlərə baxmayaraq, qocalmanın bioloji prosesləri dəyişməz olaraq qalır.
...Norveçlilər orta hesabla 83 il yaşayır ki, bu da onların əcdadlarının ötən əsrin əvvəllərində gözlənilən ömür müddətindən 35 il çoxdur.
Professor Santadjelonun araşdırmaları göstərib ki, bəşəriyyət 20-ci əsrin sonlarında ömrünün pik həddə çatıb.
Mütəxəssislər 45 ölkənin məlumatlarını özündə birləşdirən Qlobal Ölüm Məlumatlar Bazasının məlumatlarını təhlil ediblər.
...1968-ci ildən 2006-cı ilə qədər yaşı 110 ildən çox olan uzunömürlülər fenomeninin tədqiqi alimləri maraqlandırırdı. Araşdırmaya ABŞ, Rusiya, Norveç, Yaponiya və İngiltərə daxil olub. Onlar müəyyən ediblər ki, belə insanların pik yaşı 1995-ci ildə çatıb.
Ən uzun ömür rekordu 122 yaşına qədər yaşayan fransız qadın Jeanne Calmentdə qalır. Tədqiqatçılar hesab edirlər ki, bioloji məhdudiyyətlər səbəbindən bu rekordun yaxın gələcəkdə qırılacağı ehtimalı azdır.
Elmi ictimaiyyətin fikrincə, əldə edilən məlumatlar gen mühəndisliyi və biotexnologiyadan istifadə etməklə insan ömrünü köklü şəkildə artırmağa yönəlmiş iddialı layihələri şübhə altına alır.
...Bundan əvvəl Britaniyanın ən yaşlı sakini uzunömürlülüyün gözlənilməz sirrini açmışdı.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə