Saç tökülməsinə necə son qoymaq olar? - DİQQƏT!

Hər kəs həyatının bir dönəmində saç tökülməsi problemi ilə qarşılaşır. Saç tökülməsi çox cansıxıcı və depressiv bir vəziyyətdir. SİA xarici mətbuata istinadən xəbər verir ki, saçlar müxtəlif səbəblərdən tökülə bilər.

Kortəbii qidalanma, qeyri-kafi qulluq, mövsüm dəyişiklikləri, hava çirkliliyi və ya genetik faktorlar kimi bir çox səbəb saç tökülməsinə səbəb olur. Saç tökülməsi probleminə yaxşı təsir edən bir çox təbii üsullar var. Bu üsullardan biri də aloe vera geli ilə saç maskası hazırlamaqdır.

Aloe vera geli saçlar üçün təbii nəm mənbəyidir, saç köklərini qidalandırır və gücləndirir. Bu səbəbdən, saç tökülməsini dayandırır. Eyni zamanda, aloe vera yağlı saçlardakı yağı balanslaşdırır. Aloe vera geli baş dərisində qan axını stimullaşdırır. Baş dərisinin qurumasının qarşısını alır və kəpək problemini həll edir.

Aloe maskası hazırlamaq üçün bir qabda 2-3 xörək qaşığı aloe vera geli, 2 xörək qaşığı qatıq, 2 xörək qaşığı zeytun yağını qarışdırın. Bu qarışığı bütün saçınıza çəkin və 25-30 dəqiqə saxlayın. Saçlarınızı maskadan təmizləyin. Bu maskanı həftədə 2-3 dəfə istifadə etdikdə təsirini görmək mümkündür.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə