Saçları bir ayda necə qalınlaşdırmaq olar?

Sürətlə uzanan dolğun saçlara sahib olmağın gözəl bir yolu var. SİA xarici mətbuata istinadən xəbər verir ki, sosial şəbəkələrdə sürətlə populyarlaşan və viral hala gələn bu üsulla saç tellərinizin 1 ay ərzində qalınlaşmağa başladığını görəcəksiniz.

Evdə hazırlanmış düyü suyu ilə saç baxımı, Asiya mədəniyyətinin gözəllik baxımında çoxəsrlik tarixi var.

Həftədə 2-3 dəfə tətbiq edəcəyiniz xüsusi düyü suyu qarışımı saç dərisinə qulluq edərək saçların kökündən qidalanmasını təmin edir. Bu nişastalı, intensiv qidalandırıcı suda hüceyrə regenerasiyasını sürətləndirən çoxlu antioksidantlar, həmçinin saç tellərinizi daha dolğun edəcək qidalandırıcı elementlər var.

Düyü suyunun tərkibində follikulların zədələnməsini minimuma endirən və saçınızın parlaqlığını, gücünü və uzunluğunu artıran xüsusi bir karbohidrat var. İnositol düyü suyuna südlü görünüş verən bir karbohidratdır. Bəzi tədqiqatlar göstərir ki, inositol saçınızda istifadə edildikdə buruqlarınızı qorumağa və parlaqlıq əlavə etməyə kömək edir.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə